XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Vüqar Həşimov Memorialı”nın bütün iştirakçıları müəyyənləşdi
İdman 10:55 / 07.12.2022

Dekabrın 17-dən 24-dək "Fairmont Baku” hotelində mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş VIII beynəlxalq şahmat turniri keçiriləcək. Yarışın başlamasına 10 gün qalmış "Vüqar Həşimov Memorialı-2022"nin bütün iştirakçılarının adına aydınlıq gəlib. Son olaraq Abdulla Qədimbəyli, çinli Van Hao, İspaniya təmsilçisi Valeho Pons, ABŞ idmançısı Semuel Şenklend də yarış iştirakçıları sırasında yer alıb.

Daha əvvəl Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Rumıniya təmsilçisi Riçard Rapport, hindistanlı Qukeş Dommaracu və özbəkistanlı Nodirbek Abdusattorovun da turnirdə iştirak edəcəyi dəqiqləşmişdi.

"Vüqar Həşimov Memorialı-2022"də 7 ölkə - Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı iştirak edəcək.

Memorial rapid və blits üzrə təşkil olunacaq.

Azər

30984 oxunub

InvestAZ