XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Gənclər və idman naziri beynəlxlaq yarışlarda uğur qazanmış idmançılarla görüşüb
İdman 22:09 / 05.12.2022

Gənclər və idman naziri Fərid Qayıbov noyabrda qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq turnirlərdə Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüşüb. Tədbirin əvvəlində F.Qayıbov "Azərbaycan Respublikasının Əməkdar İdman Ustası” və "Azərbaycan Respublikasının İdman Ustası” fəxri adlarına layiq görülmüş idmançılara müvafiq vəsiqə və döş nişanlarını təqdim edib.

İdmançıları salamlayan nazir bildirib ki, onlar beynəlxalq yarışlarda ölkəni layiqincə təmsil edirlər. İlin sona yaxınlaşdığını qeyd edən F.Qayıbov idmançıları qazandıqları nailiyyətlər münasibətilə təbrik edib və onlara gələn il də böyük qələbələr arzulayıb.

Kapoeyra, sambo, avarçəkmə, kikboksinq, taekvondo, qılıncoynatma, ağır atletika, paracüdo, paraüzgüçülük, gimnastika, şahmat, yunan-Roma güləşi, bodibildinq və fitness idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançıların hazırlıq prosesi və uğurları barədə danışıblar.

Tədbirdə Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurlu çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.

Qeyd edək ki, bu görüşlər ənənəvi olaraq hər ay keçirilir.


27405 oxunub

InvestAZ