XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Millimizin Avropa çempionatındakı oyunlarının vaxtı müəyyənləşdi
İdman 14:53 / 06.12.2022
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin 2023-cü ildə keçiriləcək Avropa çempionatındakı oyunlarının təqvimi müəyyənləşib. Almaniyanın ev sahibliyi edəcəyi C qrupunda yer alan komanda mübarizəyə avqustun 18-də başlayacaq.
Ardıcıl 10-cu dəfə Avropa çempionatında iştirak edəcək yığmanın rəqibləri Almaniya, Çexiya, Türkiyə, İsveç və Yunanıstan olacaq.
Milli AVRO-2023-də ilk oyununu Çexiya kollektivinə qarşı keçirəcək. Voleybolçular bir gün sonra ev sahibləri ilə üz-üzə gələcəklər.
Qrup mərhələsinin 3-cü turunda milli Türkiyə ilə qarşılaşacaq. Yarışın növbəti günündə istirahət edəcək komanda avqustun 22-də Yunanıstanla münasibətlərinə aydınlıq gətirəcək. Yığma avqustun 23-də baş tutacaq qrupdakı son matçında isə İsveçə rəqib olacaq. Qrupda mübarizəyə bir gün sonra yekun vurulacaq.
Qeyd edək ki, qrupda ilk dörd yeri tutacaq kollektivlər növbəti mərhələyə yüksələcək.


24319 oxunub

InvestAZ