XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Taekvondoçularımız üçün ilin son sınağı
İdman 14:17 / 06.12.2022
Dekabrın 8-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada taekvondo və parataekvondo üzrə Qran-pri yarışlarının final mərhələsinə start veriləcək. Bu seriyada ilin yekun yarışında Azərbaycan millisi də təmsil olunacaq.
173,94 xalla dünya reytinqində 10-cu olan Cavad Ağayev ili qələbə ilə başa vurmaq üçün Ər-Riyada yollanacaq. 68 kq çəki dərəcəsində mübarizə aparacaq dünya və Avropa çempionatının mükafatçısı dayanq üzərinə dekabrın 9-da çıxacaq. O, yarışda baş məşqçi Reza Mehmandostun rəhbərliyi altında qüvvəsini sınayacaq.
Parataekvondo üzrə komandamız isə baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında Ər-Riyada yollanacaq. Dekabrın 8-nə təsadüf edəcək Qran-prinin final mərhələsində ili uğurlu keçirən Sabir Zeynalov (58 kq, K-44), İmaməddin Xəlilov (70 kq, K-44) və Əbülfəz Abuzərli (80 kq, K-44) gücünü yoxlayacaq.
Səfərə bu gün yola düşəcək Azərbaycan millisi dekabrın 11-də Bakıya qayıdacaq.
Qeyd edək ki, Qran-prinin final mərhələsində il ərzində analoji yarışda nəticə verən 140 idmançı mübarizə aparacaq. Yarışın qalibi reytinqinə 100 xal əlavə edəcək.


24907 oxunub

InvestAZ