XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Cüdo üzrə Azərbaycan çempionatı başa çatdı
İdman 08:10 / 06.12.2022

Bakı İdman Sarayında keçirilən cüdo üzrə Azərbaycan çempionatına qarışıq komanda yarışları ilə yekun vurulub. Çempionatın qalibi adı uğrunda "Neftçi İdman Klubu 1” ilə "Atilla İdman Klubu İdman Birliyi 1” komandaları üz-üzə gəlib. "Neftçi İdman Klubu 1” komandası 4:3 hesabı ilə qalib gələrək komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıb. Çempionatın bürünc medallaına isə "Kanokan TT” idman klubu və "Neftçi İdman Klubu 2” komandası sahib çıxıb.

Qeyd edək ki, yarışlarda 8 komandadan 61 idmançı mükafatlar uğrunda mübarizə aparıb. Qadınlar 48 kq, 57 kq və +70 kq çəki dərəcələrində, kişilər isə 73 kq, 90 kq və +90 kq çəki dərəcələrində güclərini sınayıblar.


26371 oxunub

InvestAZ