İdman 10:04 / 05.12.2022
Qətərdə keçirilən futbol üzrə dünya çempionatı davam edir. Bu gün mundialın 1/8 final mərhələsi çərçivəsində daha iki qarşılaşma təşkil olunacaq. Günün ilk matçında Yaponiya millisi Xorvatiya ilə qarşılaşacaq. ABŞ-dan olan FIFA referisi İsmail Elfatın idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Günün sonuncu qarşılaşmasında isə Braziliya yığması Koreya Respublikası millisi ilə üz-üzə gələcək. Oyunun baş hakimi fransalı Kleman Türpen olacaq. Oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da veriləcək. Bu cütlərin qalibi dörddəbir finalda bir-birinə rəqib olacaq.
Qeyd edək ki, artıq dörddəbir final mərhələsinin iki cütü müəyyənləşib. Belə ki, Niderland millisi Argentina, İngiltərə isə Fransa ilə qarşılaşacaq.