XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Məhsul” turnir cədvəlinə başçılıq edir
İdman 23:28 / 04.12.2022

Kişi həndbolçular arasında Azərbaycan çempionatında V və VI turun oyunları keçirilib. V turda yarışın əsas favoritlərindən sayılan "Dinamo” komandası RİOEUGİM kollektivini sınağa çəkib. Nominal ev sahibinin tam üstünlüyü ilə keçən qarşılaşma 45:21 hesabı ilə nəticələnib. "Məhsul” - U-16 görüşündə də səviyyə fərqi hesabda əksini tapıb - 43:18. "İdman Akademiyası” - "Təhsil” matçı daha gərgin mübarizə ilə yadda qalıb. Bu qarşılaşmadan "İdman Akademiyası” qələbə ilə ayrılıb - 31:24.

RİOEUGİM komandası "Dinamo” ilə VI tur görüşündə də məğlubiyyətdən qaça bilməyib. Görüş 52:21 hesabı ilə dinamoçuların xeyrinə nəticələnib.

U-16 bu turda da "Məhsul”un qarşısını ala bilməyib – 16:45.

"Təhsil” komandası isə "İdman Akademiyası” kollektivinə V turdakı məğlubiyyətin əvəzini çıxıb. Gərgin mübarizə ilə yadda qalan oyun 27:26 hesabı ilə "Təhsil”in xeyrinə başa çatıb.

"Məhsul” 6 oyundan 17 xalla çempionatın lideridir. "İdman Akademiyası” 15 xalla 2-ci, iki oyun keçirən "Dinamo” 12 xalla 3-cü pillədədir. 4-cü pillədəki "Təhsil”in 9, 5-ci yerdə qərarlaşan "Bakı”nın 1 xalı var. RİOEUGİM və U-16 komandaları hələlik xal qazana bilməyib.


28020 oxunub

InvestAZ