XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Sabah kikboksinq üzrə ölkə kubokuna start veriləcək
İdman 09:18 / 05.12.2022

Sabah kikboksinq üzrə yeniyetmələr, gənclər və böyüklər arasında Azərbaycan kuboku yarışına start veriləcək. Dörd gün davam edəcək yarışda yeniyetmələr (2007-2008) "Low kick", gənclər (2005-2006) və böyüklər (18 yaşı tamam olmuş) "Low kick" və "Full contact" qaydalarına uyğun olaraq yarışacaqlar.

Bu gün yeniyetmə və gənclərin, iki gün sonra isə böyüklərin çəkiölçmə mərasimi keçiriləcək.

Qeyd edək ki, Bakı İdman Sarayında təşkil ediləcək yarış növbəti il üçün yeniyetmə və gənclər, eləcə də böyüklərdən ibarət millinin heyətini müəyyənləşdirmək üçün nəzərdə tutulub. Gələn il uşaq, yeniyetmə və gənclərin Avropa çempionatı İstanbulda (25 avqust – 3 sentyabr) və böyüklərin dünya çempionatı Portuqaliyanın paytaxtı Lissabonda (noyabr) baş tutacaq.


37127 oxunub

InvestAZ