Fransa yığmasının hücumçusu Olivye Jiru milli komandanın tarixinə düşüb. 36 yaşlı hücumçu buna Qətərdə keçirilən dünya çempionatında Polşa ilə 1/8 final oyununda qol vurmaqla nail olub. 44-cü dəqiqədə fərqlənən təcrübəli forvard qollarının sayını 52-yə çatdırmaqla Tyerri Anrini (51 qol) geridə qoyub və yığmanın ən sərrast oyunçusu adını qazanıb. Üçüncü pillədə 42 qolla İspaniyanın "Atletiko" (Madrid) klubunun forvardı Antuan Qrizmann qərarlaşıb.
32144 oxunub