XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Qətər-2022: Fransa millisi 1/4 finalda
İdman 20:02 / 04.12.2022

Qətərdə keçirilən futbol üzrə dünya çempionatı davam edir. Bu gün keçirilən Fransa - Polşa oyunundan sonra mundialın daha bir 1/4 finalçısının adına aydınlıq gəlib. Oyunda hesab 44-cü dəqiqədə açılıb. Olivye Jiru fərqlənməklə Fransa millisinin hesabda önə keçirib. Fransa seçməsi fasiləyə minimal üstünlüklə yollanıb. "Al Tumama” stadionunda oynanılan matçın 74-cü dəqiqəsində fransalı hücumçu Kilian Mbappe ikinci topu Polşa millisinin qapısından keçirib. Görüşün 91-ci dəqiqəsində K.Mbappe dubl edib. İkinci hissəyə əlavə edilmiş vaxtın sonuncu dəqiqəsində Fransa millisinin qapısına təyin olunmuş penalti zərbəsini Robert Levandovski dəqiq yerinə yetirərək Polşa millisinin təsəlli qolunu vurub. Beləliklə, Fransa millisi 3:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə vəsiqəni təmin edib.

Fransa komandası dörddəbir final mərhələsində İngiltərə - Seneqal matçının qalibi ilə qarşılaşacaq.


26509 oxunub

InvestAZ