XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Mininci oyununa çıxan Messi qol sayında Maradonanı keçdi
İdman 15:26 / 04.12.2022
Qətərdə keçirilən futbol üzrə dünya çempionatı davam edir. Ötən gecə mundialın 1/8 final oyunu çərçivəsində keçirilən Argentina Avstraliya matçı Lionel Messi üçün əlamətdar olub. Belə ki, cənubi amerikalı ulduz futbolçu üçün bu qarşılaşma karyerasında 1000-ci oyun kimi yadda qalıb. O, buna qədər meydana çıxdığı 999 oyunda rəqib qapılarına 788 qol vurub və 348 məhsuldar qol ötürməsinin müəllifi olub. Avstraliya ilə oyunda fərqlənən Messi həmçinin Dieqo Armando Maradonanın dünya çempionatlarındakı qol sayını keçib. O, Argentinanın mundiallarda 2-ci ən çox qol vuran futbolçusu adına sahib çıxıb. Onu birinci pillədə qərarlaşan Qabriel Batiştutadan cəmi bir qol ayrır.


26117 oxunub

InvestAZ