Argentina millisinin futbolçusu Lionel Messi Qətərdə keçirilən dünya çempionatında yeni rekorda imza atıb. 35 yaşlı ulduz futbolçu buna Avstraliya yığmasını 2:1 hesabı ilə məğlub etdikləri 1/8 final matçının ən yaxşı oyunçusu seçilməklə nail olub.
Ümumilikdə 8-ci dəfə bu mükafata sahib çıxan təcrübəli forvard "yaşıl qitə" təmsilçisi ilə qarşılaşmada ilk qolun müəllifi olub. Hazırkı dünya çempionatında onun aktivində 3 qol və 1 məhsuldar ötürmə var.
32756 oxunub