XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Qətər-2022: Argentina 1/4 finalda Niderlanda rəqib oldu
İdman 01:05 / 04.12.2022

Qətərdə keçirilən futbol üzrə dünya çempionatı davam edir. Bu gün keçirilən Argentina - Avstraliya oyunu ilə 1/4 finala vəsiqə qazanan daha bir komandanın adına aydınlıq gəlib. "Əhməd ibn Əli” stadionunda oynanılan matç Argentina komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da cənubi amerikalılar adını növbəti mərhələyə yqazdırıblar. Matçda ilk qolu 35-ci dəqiqədə Argentina millisinin hücumçusu Lionel Messi vurub. Fasiləyə Argentina millisi minimal üstünlüklə yollanıb.

Matçın 57-ci dəqiqəsində avstraliyalı qapıçı Metyu Rayanın səhvindən istifadə edən Julian Alvares komandasını hesabda önə keçirib. Görüşün 77-ci dəqiqəsində argentinalı yarımmüdafiəçi Entso Fernandes avtoqolla yadda qalıb. Komandaların cəhdlərinə baxmayaraq matçın sonunadək hesab dəyişməyib.

Beləliklə, görüş Argentina millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Dörddəbir finala yüksələn komanda bu mərhələdə Niderland yığması ilə üz-üzə gələcək.


34168 oxunub

InvestAZ