Qətərdə keçirilən futbol üzrə dünya çempionatı davam edir. Bu gün mundialda 1/4 finala vəsiqə qazanacaq daha iki komandanın adına aydınlıq gələcək. Bu gün dörddəbir finala vəsiqə qazanacaq daha iki komandanın adına aydınlıq gələcək. Günün ilk matçında Fransa və Polşa yığmaları qarşılaşacaq. "Əl Tumama” stadionunda keçiriləcək oyunun start fiti Bakı vaxtı ilə saat 19:00-da veriləcək. Matçı venesuelalı FIFA referisi Xesus Valensuela idarə edəcək.
Günün digər matçı isə "Əl Bayt” stadionunda təşkil oluncaq. Burada İngiltərə millisi Seneqalla növbəti mərhələyə vəsiqə uğrunda üz-üzə gələcək. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq oyunu salvadorlu İvan Barton edəcək.
Qeyd edək ki, ötən gün keçirilən 1/8 final mərhələsinin ilk oyunlarından sonra Niderland və Argentina milliləri növbəti mərhələyə vəsiqə qazanıblar. Bu komandalar arasında 1/4 final oyunu dekabrın 9-da keçiriləcək.
26863 oxunub