XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Tayson Fyuri WBC çempionu titulunu qorudu
İdman 08:29 / 04.12.2022
Dünya Boks Şurasının (WBC) ağır çəkili çempionu britaniyalı Tayson Fyuri növbəti döyüşünü keçirib. O, Londonda keçirilən döyüşdə həmyerlisi Derek Çisora ilə qarşılaşıb. T.Fyuri onuncu raundda rəqibini texniki nokautla məğlub edib. D.Çisora döyüş zamanı çoxlu zərbələr alıb və hakimin fikrincə, o artıq özünü müdafiə edə bilməyib.
Fyuri 2020-ci ilin fevralında amerikalı Deontey Uaylder üzərində 7-ci raundda texniki nokautla qalib gəldiyi WBC dünya titulunu üçüncü dəfə qoruyub.
Bu döyüş rəqiblərin üçüncü qarşılaşması olub. Buna qədər 2011-ci ildə T.Fyuri hakimlərin qərarı ilə, 2014-cü ildə isə 10-cu raundda texniki nokautla qalib gəlmişdi.
Qeyd edək ki, 33 yaşlı T.Fyurinin aktivində 34 qələbə və bir heç-heçə var. Onun rəqibi D.Çisora isə karyerası ərzində 32 qələbə qazanıb, 13 dəfə məğlub olub.


28962 oxunub

InvestAZ