Fiqurlu konkisürənimiz Vladimir Litvintsev Türkiyənin İstanbul şəhərində keçirilən "2022 Bosphorus İstanbul Cup” beynəlxalq turnirində iştirak edib. Yarışda uğurla çıxış edən təmsilçimi qızıl medala layiq görülüb. Atletimiz 250,52 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb. Yarışda mübarizə aparan digər idmançımız Səbinə Əliyeva isə 105.47 xalla 21-ci pillədə qərarlaşıb.
30333 oxunub