XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bu gün mundialın daha 4 iştirakçısı pley-offa vəsiqə qazanacaq
İdman 09:20 / 01.12.2022

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatı davam edir. Yarışların 12-ci günündə E və F qruplarında mübarizəyə yekun vurulacaq. Bununla da 1/8 finalın daha 4 iştirakçısının adına aydınlıq gələcək.

Günün ilk oyunları F qrupunda Bakı vaxtı ilə saat 19:00-da start götürcəcək. Burada Kanada Mərakeşi, Xorvatiya isə Belçikanı qəbul edəcək. Şimali Amerika təmsilçisinin mundialla vidalaşması dəqiqləşib. Digər 3 yığma isə 1/8 finala 2 vəsiqə uğrunda mübarizə aparacaq.

E qrupunun oyunları isə saat 23:00-da start götürəcək. Burada İspaniya millisi Yaponiya ilə, Almaniya yığması isə Kosta Rika ilə qarşılaşacaq. Bu qrupda hər bir ölkənin pley-off şansı davam edir.

Qeyd edək ki, daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina və Polşa yığmaları 1/8 finala vəsiqə qazanıblar.


28120 oxunub

InvestAZ