XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Qətər-2022: C qrupundan Argentina və Polşa pley-offa yüksəldi 
İdman 01:32 / 01.12.2022
Qətərdə keçirilən futbol üzrə dünya çempionatı davam edir. 11 yarış gününün sonunda C qrupunda pley-off mərhələsinə yüksələn daha iki komandanın adına aydınlıq gəlib. Bu Argentina və Polşa yığmalarıdır. C qrupunun üçüncü turu çərçivəsində Polşa və Argentina milliləri üz-üzə gəliblər. "Stadium 974”də keçirilən oyun cənubi amerikalıların qələbəsi ilə başa çatıb -2:0. Argentina millisinin heyətində Aleksis Makallister və Xulian Alvares fərqlənib. Qrupun digər oyununda Səudiyyə Ərəbistanı və Meksika komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda Meksika millisi 2:1 hesabı ilə qalib gəlib. "Lusail” stadionunda oynanılan matçda Meksika yığmasının qollarını 48-ci dəqiqədə Enri Martin və 52-ci dəqiqədə Luis Çaves vurublar. Rəqib komandanın qoluna isə 95-ci dəqiqədə Salem Aldavsari imza atıb.
Argentina millisi 6 xalla qrup lideri kimi pley-off mərhələsinə yüksəlib. Polşa millisi isə 4 xalla ikinci pillədə qərarlaşaraq mərhələ adlayan tərəf olub. Eyni xala malik Meksika üçüncü, hesabında 3 xal olan Səudiyyə Ərəbistanı isə sonuncu olub.


10184 oxunub

InvestAZ