XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Argentina qələbə sayəsində ikinci pilləyə yüksəldi 
İdman 01:23 / 27.11.2022

Qətərdə keçirilən futbol üzrə  dünya çempionatı davam edir. Bu ün keçirilən 4 qarşılaşma ilə yarışların altıncı gününə yekun vurulub. Günün son oyununda Argentina və Meksika yığmaları üz-üzə gəliblər. Görüş Argentina millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda ilk qol matçın 64-cü dəqiqəsində vurulub. Lionel Messi dəqiq zərbə ilə komandasını hesabda önə keçirib. Matçın 87-ci dəqiqəsində isə  Enso Fernandes fərqlənərək hesab arasındakı fərqi iki topa çatdırıb. Görüş bu hesabla başa çatıb. Beləliklə, ikinci turdan sonra C qrupunda Polşa 4 xalla birinci yerdə qərarlaşıb. Argentina və Səudiyyə Ərəbistanı hərəyə 3 xalla ikinci və üçüncü yerləri bölüşürlər. Meksika isə 1 xalla 4-cü yerdə qərarlaşır.  


34366 oxunub

InvestAZ