XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir 
İdman 21:26 / 26.11.2022

Tərtər Olimpiya İdman Kompleksində "Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib. AFFA-nın, Uşaq Gənclər Futbol Federasiyasının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən qonaqlar layihənin əhəmiyyətindən, ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıblar.
Tədbirdə həmçinin bu layihənin Prezident İlham Əliyevin 2019-cu il dekabrın 25-də Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addım olduğu diqqətə çatdırılıb.
Layihə çərçivəsində tədbirdə iştirak edən 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər.

Azər Əlizadə


32281 oxunub

InvestAZ