XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Qətər-2022: ABŞ yığması mərhələ şanslarını çətinləşdirdi
İdman 01:16 / 26.11.2022

Qətərdə keçirilən futbol üzrə dünya çempionatı davam edir. Mundialın 6-cı gününün son oyununda B qrupunda yer alan İngiltərə və ABŞ komandaları üz-üzə gəlib. İkinci tur çərçivəsində keçirilən matçda hesab açılmayıb. Bu oyundan sonra ABŞ millisi mərhələ keçmək şanslarını çətinləşdirib. "Yankinlər” 1/8 finala vəsiqə uğrunda gələn tur mütləq İran millisinə qalib gəlməlidir. Əks təqdirdə başqa hesab bu komandanın mərhələ adlamaq şanslarının üstündən xətt çəkəcək. İngiltərə millisi isə növbəti turda Uelsə üz-üzə gələcək.

Xatırladaq ki, bu gün keçirilən qrupun digər oyununda İran millisi Uelsə 2:0 hesabı ilə qalib gəlib. Beləliklə, 2 turdan sonra İngiltərə millisi 4 xalla qrupa başçılıq edir. Uelsə qalib gələn İran millisi 3 xalla ikinci pilləyə yüksəlib. Keçirdiyi hər iki oyunda heç-heçə edən ABŞ komandası isə 2 xalla üçüncüdür. Uels yığması isə 1 xalla qrupda sonuncu pillədə qərarlaşıb.


Azər Əlizadə


26204 oxunub

InvestAZ