XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Qətər-2022: Ekvador ciddi rəqib olduğunu sübut edir  
İdman 22:14 / 25.11.2022
Qətər-2022: Ekvador ciddi rəqib olduğunu sübut edir
Qətərdə keçirilən futbol üzrə dünya çempionatı davam edir. Bu gün çempionatın A qrupunda II turun oyunları başa çatıb. A qrupunda turun son matçında Niderland millisi Ekvadorla üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən oyunda qalib müəyyənləşməyib -1:1. Oyunda hesab matçın 6-cı dəqiqəsində açılıb. "Narıncılar"ın heyətində Kodi Qakpo fərqlənib. Lakin avropalılar matçdakı üstünlüyünü qoruya bilməyib. İkinci hissənin 49-cu dəqiqəsində Ekvador komandasının futbolçusu Enner Valensiya bərabərlik qolunu vurub.
Xatırladaq ki, A qrupunun digər oyununda Seneqal millisi Qətərdən güclü olub - 1:3.
İlk iki 2 turdan sonra aktivində 4 xalı olan Ekvador və Niderland komandaları müvafiq olaraq birinci və ikinci yerləri bölüşür. Seneqal millisi isə 3 xalla qrupda üçüncü yerdə qərarlaşıb. Keçirdiyi hər iki oyunda məğlub olan ev sahibi Qətər komandası isə növbəti mərhələ şanslarını itirərək qrupda qalıb. Sonuncu turda 1/8 finala vəsiqə uğrunda əsas mübarizə Ekvador, Niderland və Seneqal milliləri arasında olacaq.

Azər Əlizadə

24730 oxunub

InvestAZ