XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan Avropa Olimpiya Akademiyasının konqresində təmsil olunub
İdman 20:36 / 25.11.2022
Almaniyanın Frankfurt şəhərində Avropa Olimpiya Akademiyasının növbəti konqresi keçirilib. "Olimpiya hərəkatının fırtınalı suları” adı altında təşkil olunan konqresdə ölkəmizi Olimpiya çempionu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru, Azərbaycan Milli Olimpiya Akademiyasının vitse-prezidenti Fərid Mansurov və MOK-un Marketinq şöbəsinin müdiri, Azərbaycan Milli Olimpiya Akademiyasının Beynəlxalq layihələr departamentinin müdiri Səkinə Vəliyeva təmsil ediblər.
Konqres çərçivəsində keçirilən Baş Assambleyada Manfred Laemmer yenidən qurumun prezidenti seçilib. Baş Assambleyada Avropa Olimpiya Akademiyasının strateji planı da qəbul edilib. Strateji planda qarşıdakı 8 il üçün təşkilatın missiyası, dəyərləri, məqsədləri və strateji təşəbbüsləri öz əksini tapıb. Yaxın gələcəkdə Akademiyanın əlavə seminarlarının keçirilməsi haqda müzakirələr aparılıb.
Baş Assambleyada Malta Olimpiya Akademiyası Avropa Olimpiya Akademiyasının üzvlüyünə (30-cu üzvü) qəbul edilib.

27029 oxunub

InvestAZ