İdman 19:08 / 25.11.2022
Qətərdə keçirilən futbol üzrə dünya çempionatındaqrup mərhələsinin 2-ci turunun oyunları davam edir.A qrupunda ev sahibləri Qətər millisi Seneqalla üz-üzə gəlib. Oyun afrikalıların qələbəsi ilə yekunlaşıb -1:3. Matçda hesab 41-ci dəqiqədə açılıb. Bulaye Dia komandasını hesabda irəli çıxarıb. Tərəflər ilk hissəyə bu hesabla yollanıblar. Oyunun ikinci hissəsində Seneqal millisi üstünlüyünü iki topa çatdırıb.48-ci dəqiqədəFamara Didu 2-ci topu ev sahiblərinin qapısından keçirib.Qarşılaşmanın 78-ci dəqiqəsində Qətər komandası hesab arasındakı fərqi bir qədər azaldıb. Muntari Qətərin mundiallar tarixində ilk qolunun müəllifi olub - 1:2. Matçda sonuncu qol isəqarşılaşmanın 82-ci dəqiqəsində vurulub.Dienq Seneqalın üstünlüyünü yenidən iki topa çatdımaqla yanaşı afrikalıların qələbəsini rəsmiləşdirib. Beləliklə, oyun Seneqalın -3:1. hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, hər iki komanda mundialın ilk turunda məğlub olub. Qətər Ekvadora, Seneqal isə Niderlanda 2 cavabsız qolla uduzub.
25 noyabr
DÇ-2022
Qrup mərhələsi, 2-ci tur
A qrupu
17:00. Qətər - Seneqal - 0:1(1:3)
Qollar: Məhəmməd Muntari, 78 - Bulaye Dia, 41. Famara Dyedyu, 48. Bamba Dyenq, 84.
Baş hakim. Antonio Migel Mateu Laos (İspaniya)
"Al Tumama" stadionu