XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Çap mediası subyektlərinin nümayəndələri üçün təlim təşkil olunub
İdman 18:42 / 25.11.2022
Medianın İnkişafı Agentliyi tərəfindən təşkil edilən peşəkar inkişaf layihələrinin davamı olaraq çap mediası subyektlərinin nümayəndələri üçün DHA, "Hürriyet” qəzetinin xəbər koordinatoru Fırat Karadenizin iştirakı ilə təlim keçirilib.

Təlimdə Fırat Karadeniz "Çap mediasında yeni texnologiyaların tətbiqi: innovativ biznes modelləri, müasir inkişaf tendensiyaları”, "Çap mediasında yayımlanan məzmunun yeni formatlara uyğunlaşdırılması”, "Müasir oxucunun tələblərinə uyğun məzmunun təqdimatı” mövzularında təcrübəsini bölüşüb, təlim iştirakçılarının suallarını cavablandırıb.

Qarşılıqlı fikir mübadiləsi ilə zəngin olan təlimdə yeni media mühitində çap mediası subyektlərinin konvergensiya prosesinin aktiv iştirakçısına çevrilməsinin və çap mediasının müasir standartlara uyğunlaşdırılmasının əhəmiyyəti xüsusilə vurğulanıb.


31133 oxunub

InvestAZ