XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Etika, müəllif hüquqları və jurnalistika” mövzusunda keçirilən təlimlər başa çatdı
İdman 16:28 / 24.11.2022
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə 40-a yaxın jurnalist üçün keçirilən "Etika, müəllif hüquqları və jurnalistika” mövzusunda təlimlər yekunlaşıb.
Təlimlərin ikinci günündə də Tülin Daloğlu tərəfindən jurnalistlərə "Media məzmununun etik və peşəkar şəkildə idarə edilməsi”, "Mənbənin konfidensiallığı: Etik və hüquqi məsələlər”, "Redaksiya siyasəti və jurnalist etikası: peşəkar dəyərlərin formalaşması”, "Müəlliflik hüququ: Eksklüziv hüquqlar və müəllif hüquqlarının pozulması” və s. mövzularda təlimlər keçirilib, interaktiv müzakirə sessiyaları olub, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Jurnalistlər üçün keçirilən təlimlərin məqsədi jurnalist peşəsinin əsas prinsiplərinin, etika qaydalarının və müəllif hüquqlarının qorunmasının, ictimaiyyəti düzgün məlumatlandırmaq məsuliyyətinin vacibliyinin bir daha vurğulanmasıdır.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.



29897 oxunub

InvestAZ