XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Ocaq” beynəlxalq kuboku yarışının açılışı oldu
İdman 12:41 / 25.11.2022

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə birinci "Ocaq” beynəlxalq kuboku yarışının açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən "Ocaq Sport" klubunun İdarə Heyətinin sədri Vəfa Bakarova klubun 2013-cü ildə təsis edildiyini bildirib. O qeyd edib ki, bu müddət ərzində klubdaxili yarışlar və açıq çempionatlar keçirilib. "Ocaq Sport”un yetirmələri müxtəlif gimnastika növlərində milli komandalara cəlb olunub, irimiqyaslı beynəlxalq yarışların mükafatlarını qazanıblar.

Yarışın startından əvvəl gənc idmançıların nümunəvi çıxışları olub.

Qeyd edək ki, birinci "Ocaq” beynəlxalq kuboku yarışı noyabrın 27-dək davam edəcək. On üç ölkədən 2007-2016-cı il təvəllüdlü gimnastlar həm fərdi, həm də qrup hərəkətlərində güclərini sınayacaqlar.


24315 oxunub

InvestAZ