XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Milli Paralimpiya Komitəsində görüş
İdman 20:20 / 24.11.2022

Azərbaycan Milli Paralimpiya Komitəsinin (Ampk) prezidenti İlqar Rəhimov Yaponiyanın Şika şəhərinin meri Masaru Koizuminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə AMPK-nın icraçı direktoru Eldar Babayev, paraüzgüçülük idman növü üzrə milli komandanın baş məşqçisi Alavərdi Culfayev, məşqçi Fyodor Kirillov, milli komandanın üzvü, "Tokio-2020” Yay Paralimpiya Oyunlarının iştirakçısı Dana Şandıbina, Şika şəhər parlamentinin sədri Masanori Minami, Yaponiyanın Azərbaycandakı səfirinin müşaviri Takeya Yukihiro, Şika şəhər meriyası və səfirlik nümayəndələri iştirak ediblər.

AMPK-nın prezidenti İlqar Rəhimov ölkəmizdə Paralimpiya hərəkatının inkişafı sahəsində görülmüş işlər, əldə olunmuş nailiyyətlər və gələcək fəaliyyət barədə məlumat verib.

Bildirib ki, keçən il Tokioda keçirilmiş XVI Yay Paralimpiya Oyunlarında Azərbaycan milli komandası 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə 19 medal qazanaraq yarışı 10-cu pillədə tamamlayıb. Qazanılan 19 medaldan 4-ü Oyunlardan əvvəl "Host town” layihəsi çərçivəsində Yaponiyanın Şika şəhərində təlim-məşq toplanışında iştirak etmiş üzgüçülərimiz tərəfindən əldə edilib.

Şika şəhərinin meri M.Koizumi öz növbəsində görüş üçün təşəkkürünü bildirərək Azərbaycanda Paralimpiya hərəkatının inkişafını yüksək qiymətləndirib, Komitəyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra tərəflər arasında birgə əməkdaşlıq mövzusunda müzakirələr aparıb.


27820 oxunub

InvestAZ