XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Sambaçı”lar mundiala qələbə ilə başladılar - FOTO
İdman 01:30 / 25.11.2022
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının beşinci gününə yekun vurulub. Günün son qarşılaşmasında G qrupunun yer alan Braziliya və Serbiya milliləri qarşılaşıb. Oyun braziliyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda vurulan hər iki qol ikinci hissəyə təsadüf edib. "Sambaçı”ların heyətində 62 və 73-cü dəqiqələrdə Riçarlison fərqlənib. Braziliya millisi bu qələbə ilə top fərqinə görə qrupda birinci pilləyə yüksəlib. İkinci pillədə yer alan İsveçrənin də 3 xalı var. Xalı olmayan Kamerun və Serbiya isə 3-4-cü yerləri bölüşür.
Beləliklə, bu oyunla mundialda ilk tura yekun vurulub.


24683 oxunub

InvestAZ