XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Qəzəbli samuraylar» almanlara öz yerini göstərdilər FOTO
İdman 19:11 / 23.11.2022

Dünya çempionatında oyunlar bir-birini əvəz etdikcə maraqlı qarşılaşmalar mundiala xüsusi rəng qatır. Argentina milli komandasını Səudiyyə Ərəbistanı millisi bütün dünyanın gözü qarşısında məğlub etdikdən sonra hər kəs mundialın hansı səviyyədə keçdiyini və senssasiyaların qaçılmaz, favoritlərin məğlub edilməz olmadığını yaxşı başa düşdülər. Qətərdə keçirilən dünya çempionatında daha bir gözlənilməz nəticə bu gün qeydə alındı. Mundialın kağız üzərində favorit hesab edildiyi komandalarından olan Almaniya millisi yaponiyalı rəqibləri ilə üz-üzə gəldilər. Oyunun birinci hissəsini avropalılar tarixdə ilk dəfə üz-üzə gəldikləri Yaponiya kollektivinə qarşı etinasız yanaşdı. Ən nikbin futbol azarkeşləri heç vaxt inana bilməzdilər ki, hissənin ikinci yarısında qəzəbli «samuraylar» «alman maşını»nın işlək mexanizmini sıradan çıxıracaq. Bəli, həmin istək özünü doğrultdu. Rəqib futbolçularına qarşı ciddi yanaşmayan Manuel Noyer öz qapısında iki top buraxaraq, komandasını və azarkeşlərini mundial azarkeşləri qarşısında məyus etdi. Buradan, belə çıxır ki, nə qədər güclü olursan, ol, rəqibinə hörmətlə yanaş!

P.S. Yəqin sabah Yaponiyada milli bayram elan olunacaq

17:00. Almaniya - Yaponiya - 1:2

Qol: İlkay Gündoğan, 33-pen (1:0), Ritsu Doan, 75 (1:1), Takuma Asano, 83 (1:2)

Baş hakim: İvan Barton (Salvador)

"Xəlifə" stadionu


27756 oxunub

InvestAZ