XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Muay-tay və uşu üzrə yarışın qalibləri mükafatlandırıldı
İdman 11:12 / 22.11.2022
Qəbələ Olimpiya İdman Kompleksində yeniyetmə və gənclər arasında muay-tay və uşu idman növləri üzrə "Dəmir yumruq-9” rayon açıq turniri keçirilib. Azərbaycan Muay tay-Tayboks Federasiyası və Qəbələ Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə Bakı, Gəncə, Qəbələ, Şəki, Sumqayıt, Şamaxı klublarından ümumilikdə 200-dək idmançı iştirak edib. Turnirin açılışında Muay-tay-Tayboks Federasiyasının prezidenti Azər Həsənsoy və rayon Gənclər və idman idarəsinin rəis müavini Müşfiq Abbasov çıxış edərək, yarışın məqsəd və vəzifələri haqqında məlumat verib, respublikada idmana və idmançılara göstərilən dövlət qayğısından danışıb, yarış iştirakçılarına uğurlar arzulayıblar. Diqqətə çatdırılıb ki, turnirin keçirilməsində məqsəd Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək, yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsində bədən tərbiyəsi və idmanın rolunun artırmaq, həmçinin idmançıların idman ustalıqlarının artırılması və bu idman növləri üzrə yığma komandalara namizədlər hazırlamaqdan ibarətdir.
Turnirin yekununda müxtəlif çəki dərəcələri üzrə ilk yerləri tutan idmançılara diplom və medallar təqdim olunub.


23926 oxunub

InvestAZ