XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Dünya çempionatının keçici bayrağı Azərbaycana ötürüldü
İdman 21:37 / 21.11.2022
Meksikanın Qvadalaxara şəhərində taekvondo üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib. Tədbirin sonunda mundialın keçici bayrağı növbəti dünya çempionatına ev sahibliyi edəcək Azərbaycan nümayəndəsinə təqdim edilib. Keçici bayrağı Meksika Taekvondo Federasiyasının rəsmisi Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Nağı Səfərova verib.
Mərasimdə ATF-nin vitse-prezidenti Niyaməddin Paşayev də iştirak edib.
2023-cü il mayın 29-dan iyunun 4-dək Bakıdakı təşkil olunacaq dünya çempionatı Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley ölkəmizdə qeyd olunacaq.
Qeyd edək ki, Qvadalaxarada taekvondoçumuz Cavad Ağayev (68 kq) bürünc medal qazanıb. Yarışda ədalət təmsilçiləri sırasında isə beynəlxalq tərəcəli hakimimiz Aygül Abdullayeva da yer alıb.


27130 oxunub

InvestAZ