XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Gimnastlarımız dünya çempionatında yarışıblar
İdman 17:32 / 21.11.2022
Bolqarıstanın Sofiya şəhərində batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə 36-cı dünya çempionatı keçirilib. Yarışda ölkəmizi Azərbaycan yığma komandasının üzvü, batutçumuz Selcan Mahsudova və tambliqçimiz Mixail Malkin təmsil ediblər.
Təəssüf ki, təmsilçimiz Mixail Malkin güclülərin yarışında təcrübəsindən maksimum yararlana bilməyib. O, dünya çempionatını 25 xalla 14-cü pillədə başa vurub.
Böyüklər arasında dünya çempionatında debüt edən Selcan Mahsudova isə 50.290 xalla 18-ci pillədə qərarlaşıb.
Qarşıda gənc idmançılarımızı noyabrın 23-26-da eyni şəhərdə adıçəkilən idman növləri üzrə keçiriləcək dünya yaş qrupları yarışları gözləyir.
Bu yarışda ölkəmizi batut gimnastikası və tamblinq üzrə ümumilikdə 17 idmançı təmsil edəcək.


24819 oxunub

InvestAZ