XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



A qrupunda ilk tur sona çatdı
İdman 22:25 / 21.11.2022
Qətərdə keçirilən dünya çempionatının A qrupunda ilk tura yekun vurulub.

Qrupun ikinci oyununda Niderland millisi Seneqalla üz-üzə gəlib. "Al-Tumama" stadionunda keçirilən qarşılaşma "narıncılar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 84-cü dəqiqədə Kodi Qakpo və əsas vaxta əlavə olunmuş 9-cu dəqiqədə Devi Klassen vurublar.

Qrupun ilk matçında ev sahibi Qətər Ekvadora eyni hesabla uduzub.

Beləliklə, birinci turdan sonra Ekvador və Niderland 3 xalla ilk iki sıranı bölüşdürür. Xalı olmayan Qətər və Seneqal isə 3-4-cü yerlərdə qərarlaşıb.


26072 oxunub

InvestAZ