XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Basketbol Liqası: “Gəncə” komandası turnir cədvəlinə liderlik edir
İdman 10:40 / 21.11.2022
Azərbaycan Basketbol Liqasında (ABL) 6-cı turun oyunlarına yekun vurulub. "Sərhədçi" İdman Mərkəzində keçirilən turun sonuncu oyununda - "AAAF Xırdalan” və "Olimpik Şəki” komandalarının qarşılaşmasında Xırdalan basketbolçuları qələbə qazanıblar -93:71. Əvvəlki oyun günlərində "Sərhədçi" komandası "Sabah”a 91:84 hesabı ilə qalib gəlib. Bu, "Sərhədçi”nin çempionatda üçüncü qələbəsi olub.
NTD komandası isə "Gəncə”yə məğlub olub -86:89. "Zirvə Astara” və "Neftçi” komandalarının oyunu isə birincilərin 85:78 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, ABL-in yeddinci turunun oyunları noyabrın 23-də, 26-da və 27-də keçiriləcək.


32638 oxunub

InvestAZ