Həndbol üzrə qadınlar arasında ölkə çempionatına start verilib."AHF Arena"da keçirilən ilk yarış günündə meydana əvvəlcə "İdman Akademiyası” və "Azəryol” komandalarının həndbolçuları çıxıb. Oyun son ölkə çempionunun 37-22 hesablı qələbəsi ilə yekunlaşıb. Günün ikinci matçında "Azərsu” "U-16” ilə üz-üzə gəlib. Qarşılaşma "Azərsu” komandasının inamlı qələbəsi ilə başa çatıb - 22:10.
İkinci turun görüşlərində də favoritlər meydanı qələbə ilə tərk ediblər. "Azəryol” "İdman Akademiyası”na bu dəfə 40:23 hesabı ilə qalib gəlib. "Azərsu” isə "U-16”dan güclü olub -30:15.
25786 oxunub