XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bolqarıstanda uğurlu nəticə
İdman 19:38 / 19.11.2022

Qılıncoynatmanın sablya növü üzrə yeniyetmələrdən ibarət milli komandamızın üzvü Abbas Hüseynov Bolqarıstanın Sofiya şəhərində keçirilən "Etropolski" turnirində qızıl medal qazanıb. 14 yaşadək yeniyetmə oğlanların yarışında qrup mərhələsini 4 qələbə ilə başa vuran Abbas Hüseynov finala gedən yolda ispan Qabriel Suarez (15:3), yunan Kristos Karamitsos (15:12) və bolqar Konstantin İvanovu (15:10) məğlub edib. Abbas ən güclü 4-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə yunan Vangelis Koutlasa 15:4 hesabı ilə qalib gəlib. İdmançımız gərgin keçən yarımfinal görüşündə bolqar Nikola Meitsovu (15:14) mübarizədən kənarlaşdırıb.

Abbas Hüseynov həlledici görüşdə Rumıniya təmsilçisi Matei Raduya 15:7 hesabı ilə qalib gələrək 13 ölkədən 66 iştirakçı arasında turnirin qızıl medalını qazanıb.


24344 oxunub

InvestAZ