XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avarçəkmə “İdman festivalı-2022”də təmsil olunub
İdman 01:17 / 19.11.2022

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Şəki Olimpiya İdman Kompleksində "İdman festivalı-2022” keçirilir. Festivalda 23 idman növü üzrə 200-dək idmançı və 35 məşqçi iştirak edir. Proqrama uyğun olaraq, noyabrın 14, 15 və 16-da idmançılar üçün əyləncəli-maarifləndirici fəaliyyətlər və ustad dərsləri təşkil olunub. 17 noyabrdan başlayaraq isə idmançılar şəhər mərkəzində quraşdırılan səhnədə nümunəvi çıxışlar edirlər.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası "İdman festivalı-2022”də 5 idmançı, 1 məşqçi ilə təmsil olunur. Xüsusi ayrılmış güşədə idmançılarımız avarçəkməyə aid müxtəlif trenajor qurğularında çıxışlar göstərirlər. Həmçinin akademik, kayak və kanoe qayıqları nümayiş olunur. Yerli sakinlər arasında avarçəkmə idman növü böyük maraqla qarşılanıb. Festival noyabrın 19-da başa çatacaq.

Qeyd edək ki, festivalın keçirilməsində əsas məqsəd idman növlərini gənclərə aşılamaq, sevdirmək, idmançılar arasında ünsiyyəti daha da yaxşılaşdırmaqdır.


25375 oxunub

InvestAZ