XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal üzrə turniri keçirilir 
İdman 13:55 / 19.11.2022
Qəbələ Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar futzal üzrə xatirə turniri keçirilir. Qəbələ Rayon İcra Hakimiyyətinin və Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə rayonun idarə, müəssisə və təşkilatlarını təmsil edən 12 komanda üç qrupda mübarizə aparır. Turnirin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanın inkişafı naminə gördüyü işləri, idman sahəsində apardığı islahatları ictimaiyyətə çatdırmaq, həmçinin futzal idman növünün kütləviliyinə nail olmaq, yarış iştirakçılarının idman ustalıqlarının artırılması və təkmilləşdirilməsini təmin etməkdən ibarətdir. Turnirə Ulu Öndərin anım günü ərəfəsində yekun vurulacaq.


27898 oxunub

InvestAZ