XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Kevin Dürant rekordu təkrarladı
İdman 11:53 / 19.11.2022
ABŞ-ın "Bruklin" komandasının basketbolçusu Kevin Dürant əfsanəvi oyunçu Maykl Cordanın rekordunu təkrarlayıb. 34 yaşlı hücumçu buna "Portland"a 109:107 hesabı ilə qalib gəldikləri görüşdə nail olub. K.Dürant həmin qarşılaşmada 35 xal toplamağı bacarıb. O, ardıcıl 16 oyunda komandasına 25 və daha çox xal qazandırıb. Maykl Cordan 1988/1989 mövsümündə "Çikaqo"nun heyətində eyni uğura imza atmışdı.
Mütləq rekord 1961/1962 mövsümündə 80 matçda 25 və daha çox xal qazanan Uilt Çemberlenə məxsusdur.


29729 oxunub

InvestAZ