XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avropa birinciliyində uğurla çıxış edən taekvondoçularla görüş
İdman 19:30 / 18.11.2022
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində Rumıniyanın paytaxtı Buxarestdə keçirilən kiçikyaşlı yeniyetmələr arasında taekvondo üzrə Avropa birinciliyində uğurla çıxış etmiş balaca idmançılarla görüş keçirilib.
Görüşdə idarənin rəisi Raqif Abbasov, kütləvi bədən tərbiyəsi sektorunun müdiri Samir Salehov, taekvondo üzrə ikiqat Avropa çempionu, "Ümid” klubunun rəhbəri və baş məşqçisi İlkin Şahbazov iştirak ediblər.
R.Abbasov balaca idmançılarımızın qazandıqları nəticələri yüksək qiymətləndirərək onlara gələcək yarışlarda uğurlar arzu edib.
Qeyd edək ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunan "Ümid” taekvondo klubunun yetirmələri Sabir Məmmədli (27kq) və Nazim Məmmədov (30 kq) bütün rəqiblərinə qalib gələrək birinci yerə çıxıblar.


28290 oxunub

InvestAZ