XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Kikboksinçilərimizin uğurlu çıxışı davam edir
İdman 23:15 / 17.11.2022
Türkiyənin Antalya şəhərində keçirilən kikboksinq üzrə Avropa çempionatı davam edir. Yarışda iştirak edən təmsilçilərimizdən 7-si finala vəsiqə qazanıb. "Low kick” versiyasında Nihad Tağızadə (51 kq), Elvin Məmmədov (54 kq) Anar Məmmədov (57 kq) və Amin Quliyev (60 kq) qızıl medal üçün mübarizə aparacaq. Həmçinin, "Full contact”da Amil Məmmədov (51 kq), Məhəmməd İmanov (57 kq) və K1-də Elvin Qasımov (51 kq) final görüşləri keçirəcəklər.

Bundan başqa, "Low kick”də Elcan Alkişiyev (81 kq), Orxan Məlikov (91 kq), "Full contact”da Camal Məmmədov (60 kq), Fərid Ağamoğlanov (63,5 kq), K1-də Vüsal Kazımov (54 kq), Elxan Əliyev (75 kq), Bəhram Rəcəbzadə (+91 kq), eləcə də veteranlarda Fuad Seyidov bürünc medal qazanıblar. F.Seyidov həm "Point fighting”də, həm də "Light contact”da bu uğura nail olub.

Qeyd edək ki, final görüşləri 18-19 noyabr tarixlərində keçiriləcək.

23998 oxunub

InvestAZ