XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ronaldonun müsahibəsi ətrafında müzakirələr böyüyür
İdman 09:48 / 17.11.2022

Portuqaliyalı futbolçu Kriştianu Ronaldonun İngiltərənin "Mançester Yunayted" komandası barədə səsləndirdiyi fikirlər ətrafında qalmaqal getdikcə böyüyür. Artıq klub rəhbərliyi tərəfindən ulduz futbolçunun "Old Trafford" stadionundakı nəhəng posteri götürülüb. Plakat "manikunyanlar”ın əfsanəvi baş məşqçisi Mett Basbinin heykəlinin arxasında yerləşirdi. Hətta "Qırmızı şeytanlar”ın rəhbərliyi ilə yanaşı, klubun heyətində yer alan futbolçuların əksəriyyəti də Ronaldonu klubda görmək istəmirlər. Bəzi mənbələr "Mançester Yunayted" rəhbərliyinin Ronaldonu qalmaqallı müsahibəyə görə ən azı 1 milyon funt-sterlinq məbləğində cərimələyəcəyini qeyd edirlər. Lakin bəzi tanınmış mənbələr də Kriştianu Ronaldonun mundialdan sonra "Mançester Yunayted" ə qayıtmayacağını bildirirlər.

Qeyd edək ki, Kriştianu Ronaldo bu günlərdə klub haqda qalmaqala səbəb olan müsahibə vermişdi. O, müsahibəsində klub rəhbərliyini tənqid edərək, baş məşqçi Erik ten Haqa hörmət etmədiyini bildirmişdi.

Ulduz futbolçunun gələcək karyerasına Qətərdə keçiriləcək dünya çempionatından sonra aydınlıq gələcəyi gözlənilir.




24389 oxunub

InvestAZ