XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Sabah”ın müdafiəçisi yığmamızın tarixinə düşdü
İdman 00:24 / 17.11.2022
Futbol üzrə Azərbaycan milli komandası bu gün Kişineuda Moldova millisinə qarşı yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Komandamızın 2:1 hesablı qələbəsi ilə başa çatan oyunda Azərbaycan millisinin heyətində debüt gerçəkləşib. Belə ki, Bəxtiyar Həsənalızadə ilk dəfə ölkəmizin əsas komandasında forma geyinib. "Sabah”ın müdafiəçisi yığmamızın tarixinə 260-cı futbolçu kimi düşüb. Bunadək 284 matça çıxan millimizdə 259 futbolçu forma geyinib.
Beynəlxalq yoldaşlıq oyunu millimizin üzvü digər üzvü Aleksey İsayev üçün də əlamətdar olub. Belə ki, yarımmüdafiəçi Azərbaycan millisində qol hesabını açıb. İyirmi yeddi yaşlı futbolçu yığmadakı 10-cu oyununda ilk qolunu vurub. "Sabah”ın futbolçusu yığmamızın tarixinə qol sevinci yaşayan 69-cu oyunçu kimi düşüb.


25626 oxunub

InvestAZ