XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Millimizin məğlubiyyətsizlik oyunlar seriyası dördə çatdı 
İdman 22:55 / 16.11.2022
Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsinə hazırlıq məqsədi ilə yoldaşlıq oyununda gücünü sınayıb. Komandamız Kişineudakı "Zimbru" stadionunda Moldova seçməsinin qonağı olub. Oyun komandamızın 1:2 hesablı qələbəsi ilə yekunlaşıb. Canni De Byazinin komandası ilk hissənin 28-ci dəqiqəsində Emin Mahmudovla hesabı açıb. Komandamızın oyundakı fəallığı ilk hissənin sonlarına öz bəhrəsini verib. Matçın 42-ci dəqiqəsində Aleksey İsayev hesab arasındakı fərqi iki topa çatdırıb. Oyunda sonuncu qol isə ikinci hissənin sonlarında vurulub. Matçın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə meydan sahibləri Nikita Motspa Moldovanın təsəlli qolunu vurub. Beləliklə, komandamız ardıcıl 4-cü cü oyundur ki, meydanı qələbə ilə tər edir.


27065 oxunub

InvestAZ