XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ağırlıqqaldıranımız beynəlxalq turnirdə bürünc medala sahib oldu 
İdman 18:49 / 16.11.2022
Türkiyənin paytaxtı Ankara şəhərində üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş ağırlıqqaldırma üzrə beynəlxalq turnir keçirilir. 16 ölkədən 72 idmançının iştirak etdiyi turnirdə Azərbaycan idmançıları da qüvvələrini sınayırlar. Yarışların ikinci günündə komandamızdan körpücük üzərinə son olaraq "Zirvə” Beynəlxalq İdman Klublarının nümayəndəsi Rahilə Hüseynzadə (76 kq) çıxıb. Birdənqaldırma hərəkətində 82 kiloqramla və təkanla qaldırmada isə 97 kiloqramla 4-cü olan atletimiz ümumilikdə 179 kiloqram (82+97) nəticə ilə bürünc medala sahib olub.
Azərbaycan yığması yarışı 6 medalla başa vurub. Rahilə Hüseynzadədən başqa Nazilə İsmayılova (Mərkəzi Ordu İdman Klubu) 49 kiloqram çəki dərəcəsində 3 bürünc, Tehran Məmmədov ("Buta” Ağır Atletika Klubu) 67 kiloqram çəki dərəcəsində və Ömər Cavadov ("Zirvə” Beynəlxalq İdman Klubları) 73 kiloqram çəki dərəcəsində birdən qaldırma hərəkətində gümüş medal qazanıblar.


25191 oxunub

InvestAZ