XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Avropalıların hökmranlığına son qoymaq vaxtıdır"
İdman 17:52 / 16.11.2022
Braziliya yığmasının keçmiş futbolçusu Markos Kafu mundial ilə bağlı yerli mətbuata açıqlama verib. O, ölkəsinin bu turnirdə qalib olacağına böyük ümid bəsləyir. «Braziliya yığması hazırda əsas favoritlərdən biri sayılır. Heyətimizdə Avropanın super klublarında iştirak edən futbolçular yer alıb. Belə düşünürəm ki, avropalıların hökmranlığına son qoymaq vaxtıdır. Bizim ən güclü rəqibimiz Argentinadır. 20 ildir ki, dünya kuboku Braziliyaya getmir. Artıq həmin vaxt yetişib», - deyə keçmiş kapitan vurğulayıb.
Kafu eyni zamanda digər komandalarında şansını qiymətləndirib: «Avropadan Belçika, Dainmarka, Serbiya və Fransanı xüsusi qeyd etmək olar. Avropalıları əsas rəqib kimi görə bilərəm. Digər qitədən olan təmsilçilər barəsində deyə bilərəm ki, onlar mundiala iştirak üçün gəliblər».


23018 oxunub

InvestAZ