XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Nazir Azərbaycan Turizm Agentlikləri Assosiasiyası İdarə Heyətinin sədri ilə görüşüb
İdman 14:20 / 16.11.2022
Noyabrın 16-da gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Turizm Agentlikləri Assosiasiyası İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla görüşüb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə turizm sahəsində əlaqələrin inkişafı və qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub.
F.Qayıbov nazirliyin tabeliyində olan şimal, cənub, şərq və qərb regionlarında fəaliyyət göstərən idman kompleksləri, burada mövcud olan hotel, kotec, hostel tipli obyektlər və yaradılan infrastruktur haqqında məlumat verib. Nazir regionlardakı bir sıra komplekslərin ərazisində mövcud olan yerləşdirmə obyektlərində təmir-bərpa və infrastruktur işlərinin aparıldığını da qeyd edib.
Görüşdə G.Qəhrəmanov Assosiasiyanın fəaliyyəti haqqında məlumat verərək qurumun dövlət-özəl sektor arasında qarşılıqlı işbirliyinin qurulmasında və tərəfdaşlıq əlaqələrinin artırılmasında maraqlı olduğunu bildirib. Assosiasiyanın rəhbəri regionlarda yerləşən komplekslərin turistlərin yerləşdirilməsi baxımından potensialını yüksək qiymətləndirərək bu istiqamətdə birgə fəaliyyətin regional turizmin inkişafına töhfə verəcəyini vurğulayıb.
Görüş çərçivəsində tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi, kommunikasiya əlaqələrinin genişləndirilməsi, ölkədə keçirilən beynəlxalq idman tədbirlərinin təşkilində birgə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə edilib.


26484 oxunub

InvestAZ