XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Titullu kikboksinqçimiz bu gün iki final görüşünə çıxacaq
İdman 01:04 / 16.11.2022
Türkiyənin Antalya şəhərində keçirilən kikboksinq üzrə böyüklərin Avropa çempionatında 2-ci yarış gününə yekun vurulub. Azərbaycan Kikboksinq Federasiyasından verilən məlumata görə, kikboksçularımız günü uğurla başa vurublar. Veteranların mübarizəsində gücünü sınayan Eduard Məmmədov kikboksinqin 2 kateqoriyası üzrə finala vəsiqə qazanıb. Titullu kikboksinqçimiz 63 kq çəki dərəcəsində "Light contact"da Çətin Korkmaz (Türkiyə) və Vladimir Dudinskiyə (Slovakiya) qalib gəlib. "Ağ canavar” "Kick light"də də Vladimir Dudinskiyə qalib gələrək həlledici görüşdə iştirak etmək hüququ əldə edib. İdmançımız hər 2 final oyununu bu gün keçirəcək.


23458 oxunub

InvestAZ