XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Fərid Qayıbov Beynəlxalq Teqbol Federasiyanın prezidenti ilə görüşüb
İdman 00:39 / 16.11.2022
Gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Teqbol Federasiyanın prezidenti Gabor Borsanyini qəbul edib. Görüşdə Azərbaycanda bütün idman növlərinə diqqət göstərildiyini bildirən nazir son zamanlar görülən işlər barədə məlumat verib.

Gabor Borsanyi Beynəlxalq Teqbol Federasiyanın Azərbaycanda bu idman növünün təbliği və inkişafı üçün əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib. Qeyd olunub ki, yeni idman növü olmasına baxmayaraq, dünyada geniş yayılmaqda olan teqbol Azərbaycanda da gənclərin maraqla məşğul olduğu idman növlərindən birinə çevrilib.

Görüşdə nazir müavini Mariana Vasileva, İdman şöbəsinin müdiri Elnur Məmmədov, Macarıstanın Azərbaycandakı Fövləqadə və Səlahiyyətli səfiri Tamas Torma, Teqsports Beynəlxalq Biznesin İnkişafı şöbəsinin rəhbəri İstvan Döbrei və Azərbaycan Teqball Federasiyasının prezidenti Vüqar Xəlilov və baş katibi Əfqan Həmzəyev də iştirak ediblər.

24146 oxunub

InvestAZ